Atəşkəs çağırışları səmimi deyil - Akar
02.10.2020
Dağlıq Qarabağla bağlı edilən atəşkəs çağırışları səmimi deyil.
Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
"İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mövqeyinə həll tapmayanların atəşkəs çağırışları səmimi olmadığı kimi, inandırıcı da deyil. Can qardaşlarımızın haqlı davasında, öz torpaqlarını geri almaq uğrunda apardığı mübarizədə sonuna qədər yanında olacağıq”, - nazir bildirib.