21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səməd Seyidov: “Fransa həmsədrlikdən çəkilməlidir”

02.10.2020

"BMT-nin 4 qətnaməsinin icra olunması beynəlxalq təşkilatların öhdəliyi idi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib. O bildirib ki, ancaq paradoksal şəkildə BMT ötən gün öz qətnamələrinin icrası üçün bəyanatla çıxış edib.

S.Seyidovun sözlərinə görə, erməni işğalçıların Azərbaycandan çəkilməsi danışıqlar prosesinin əsas şərtidir: "ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün həmsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır".

Deputat bildirib ki, Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq.