MN: Düşmən Gorusdan Azərbaycan ərazilərini yenidən raket atəşinə tutub
01.10.2020
Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb", - nazirlikdən bildirilib.