21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğandan Ermənistana sərt mesaj: "Nəticə vaxtıdır..."

01.10.2020

"İndi nəticə vaxtıdır. İşğalçılara reaksiya verməyənlərin sözünün bizim nəzdimizdə qiyməti yoxdur".

Bu sözləri Türkiyə Prezidenti Rcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun hələ də atəşkəs çağırışı etməsi qəbuledilməzdir və işğalçılar bu torpaqlardan çıxmalıdırlar ki, bir həll yolu olsun.

"Türkiyə olaraq azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla dəstək verməyi davam etdirəcəyik. Bu bölgədə davamlı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir. Ermənistan rəhbərliyini hər şeyi kənara atıb təkidlə Türkiyəyə böhtan atma səyləri də xilas etməyəcək. Bu quldur dövləti dəstəkləyənləri insanlığın ortaq vicdanı qarşısında sorğu-sual ediləcəkləri barədə xəbərdar edirəm", - deyə Ərdoğan əlavə edib.