Azərbaycanın hərbi yardıma ehtiyacı yoxdur - Çavuşoğlu
30.09.2020
Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, problem bu günə kimi diplomatiya yolu ilə həll olunmayıb:
"Azərbaycan müharibə yolu ilə münaqişəni həll etmək istəyərsə, yanında olacağımızı bildirdik. Bakı Türkiyəyə ehtiyac duyarsa, hazırıq. Ancaq görünür ki, bu gün buna ehtiyac yoxdur. Çünki Azərbaycanın güclü ordusu var. Bakı bu döyüşlərdə həm əxlaqi, həm də hüquqi cəhətdən haqlıdır. Bütün beynəlxalq təşkilatlar Ukrayna və Gürcüstanda olduğu kimi, Azərbaycanı da dəstəkləməlidir”.