Türkiyə konsolluğuna hücum olub
23.01.2018
Türkiyənin Avstriyanın Salzburg şəhərindəki baş konsolluğuna kimliyi bilinməyən insanlar tərəfındən hücum olub.
Salzburg baş konsolluq rəsmilərinin AA müxbirinə verdiyi məlumata görə, kimliyi bilinməyən insanlar dünən gecə konsolluğun baxça qapısı ilə bina girişindəki pəncərə və qapı şüşələrini qırıblar.
Hadisənin polis tərəfındən araşdırıldığını ifadə edən rəsmilər, baş konsolluq xidmətlərində hər hansı bir dayanmanın olmadığını bildiriblər.
Hadisə yerində xüsusi itlərlə partlayıcı maddə axtarılıb və hər hansı bir maddə tapılmayıb. 3 şübhəli gözaltına alınıb.
Hadisə ilə bağlı ciddi araşdırma aparılacaq./dm/