21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Polad Bülbüloğlu: "Şuşadakı ata evimə qayıtmaq istəyirəm, vəssalam"

30.09.2020

"Biz daha 30 il gözləməliyik ki, nə vaxt Ermənistan bizə Qarabağı qaytaracaq?"

Bunu Azərbayacanın Rusiyadakı səfiri, tanınmış bəstəkar, müğənni, ictimai xadim olan Polad Bülbüloğlu "Komsomolskaya pravda" radiosuna müsahibəsində deyib. Aparıcının "gəlin açıq danışaq, indi Azərbaycan ilə Ermənistan arasında müharibədir?" sualına cavabında bildirib ki, bunu necə istəyirlərsə, elə adlandıra bilərlər.

"Bizim üçün bu işğal edilən ərazilərin azad edilməsidir. Şuşada mənim atam Bülbülün evi var. Mən orada 2007 və 2009-cu illərdə olmuşam. Ev dağıdılıb, damı, pəncərələri yoxdur. Mənim atam məşhur ifaçı idi, orada onun abidəsi də var idi. Abidənin də yarısı məhv edilib. Mən azərbaycanlıyam, 75 yaşım var. Ata evimə geri qayıtmaq, onu təmir etdirmək istəyirəm. Vəssalam".



Səfir hazırda adıçəkilən ərazilər işğal altında olduğu, minalandığı üçün bunu edə bilmədiyini deyib. "Siz təsəvvür etmirsiniz ki, orada nə baş verir. Torpaqlar yandırılıb! Bu günlərdə 10 mülki şəxs öldürülüb, 2-si uşaqdır. Bizdə Naftalan adlı şəhər var. Bəlkə də, eşitmisiniz. Orada müalicəvi neft, kurort var. Şəhərin ümumiyyətlə Qarabağa dəxli yoxdur. Bu şəhərə erməni mərmisi düşüb, 5 nəfər ölüb. Bu günlərdə Azərbaycan ərazisində 150 ev dağıdılıb. Ermənistan ərazisinə bircə bomba da düşməyib".

Səfir qeyd edib ki, təmas xəttində türklərin olması barədə deyilənlərin hamısı yalandır. Bu gün bizim ordumuzun əlavə qüvvəllərə ehtiyacı yoxdur. P.Bülbüloğlu qeyd edib ki, bu gün cəbhəyə getmək üçün Rusiyadakı səfirliyə müraciət edən azərbaycanlıların da sayı çoxdur. "Biz onların hamısına "çox sağ olun" deyirik. Amma bu gün bizim ordumuzun buna ehtiyacı yoxdur. O həmçinin ən müasir silahlarla tam təmin edilib". Onun sözlərinə görə, bugünkü vəziyyəti dalaşqan uşaqlar kimi dəyərləndirsək, burada Minsk qrupu valideyn rolundadır.

"Hər dəfə eyni danışıqlar - gəlin sülh yolu ilə həll edək. Edək! Ərazilərimizi azad edin və Dağlıq Qarabağa status veriləcək. Heç kim imtina etmir ki. Kim istəyir ki, uşaqlar ölsün? Heç kim müharibənin davam etməsi, qan tökülməsini istəmir. Amma bizi vadar edirlər... Bizim bir milyon məcburi köçkünümüz var. Onları hara edək? Onlar öz doğma torpaqlarına qayıtmağı tələb edirlər. Və bu baş verməmiş sakitlik olmayacaq". 

Azərbaycanlı diplomat açıqlamasında qeyd edib ki, Rusiyada belə qanun qəbul edilib ki, ərazinin bir hissəsinin özgəninkiləşdirilməsi haqqında müzakirələr belə cinayət məsuliyyətidir. "Burada isə söhbət 20 faizdən gedir və biz daha 30 il gözləməliyik ki, Ermənistan öz xoşu ilə bizə nə isə verəcək?" - deyə səfir əlavə edib.