Rusiya Ermənistana yardım edə bilməz - İsrailli kəşfiyyatçı
29.09.2020
Rusiya Ermənistan üçün Qarabağı müdafiə edə bilməz və etməməlidir.
Bunu Rossiya-1 televiziyasında çıxışı zamanı xüsusi xidmət orqanının keçmiş əməkdaşı, politoloq Yakov Kedmi deyib. Onun sözlərinə görə, Qarabağ konfliktinin tarixi kökləri var və onu indiyə qədər heç kim həll edə bilməyib:
"Erməni dövləti zəifləyib. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər başqa mərhələyə keçib. Ermənistan baş naziri Rusiya ilə münasibətləri tam qoparıb-qoparmamaq barədə qərarlı deyil. Azərbaycan və Türkiyədə hiss ediblər ki, Rusiyanın Ermənistana dəstəyi azalıb. Əgər Ermənistanın kifayət qədər gücü yoxdursa, o, Qarabağı itirəcək. Qoy, ermənilər Rusiyadan imtina edənlərə "sağol” desinlər”.
Kedmi Rusiyanın bu konfliktə girmək məcburiyyətində olmadığı deyib.