Tovuz rayonunda yeni avtomobil tunelinin inşasına başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat daxil olub. Bildirilir ki, tunel Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz ərazisindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək.
Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr, açıq hissəsi ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da nəzərdə tutulub.