16:04:22 16 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İlk 8K televizoru oktyabr ayında satışa çıxaracaq

29.09.2020


"Xiaomi” ilk smart-televizorunu təqdim edib. Mi TV Lux Ultra televizorunun displeyi 7680 х 4320 piksel və ya 8K-dır. Bu barədə "Fonearena” məlumat yayıb.

82 düymlü ekran ən yeni miniLED texnologiyası əsasında hazırlanıb. Qurğu 60 hers yenilənmə tezliyinə malikdir. Panelin parlaqlığı 2000 nitdir.

Mi TV Lux Ultra böyük miqdarda simli və simsiz interfeyslərlə dəstəklənir. Bundan başqa, o, beşinci nəsil mobil şəbəkələrində işləyə bilər. Televizorda 256 Gb yaddaş qurğusu var. Smart-funksiyalar ОС Android əsasında işləyir. Televizorun Çin bazarında qiyməti 50 min yuandır. Satışa oktyabrın 21-dən başlanılacaq.