Erməni general məhv edildi - QİSAS
28.09.2020
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat xidmətinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.
Bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb. "Armenia CT" səhifəsinin yaydığı məlumatda general fotosu da paylaşılıb.
Məlumatı Ermənistan MN hələlik təsdiqləməyib.
Qeyd edək ki, bundan öncə Ermənistanın daha iki yüksək rütbəli zabitinin - Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyanın öldüyü rəsmən təsdiqlənmişdi.