Səudiyyədən Qarabağ açıqlaması
28.09.2020
Səudiyyə Ərəbistanı hökuməti Ermənistanla Azərbaycan arasında baş verən hadisələrlə bağlı vəziyyəti böyük narahatlıqla izləyir.
Bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı tərəfləri atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır.