Son dəqiqə: “Müharibəni dayandır” - İrəvan Rusiyadan kömək istədi
28.09.2020
"Vəziyyətin yayda kəskinləşməsindən və Dağlıq Qarabağda mövcud gərginləşmədən sonra Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıqlar yaranıb”.
Bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib.
Səfir Ermənistan hakimiyyəti adından Rusiya rəhbərliyindən yardım istəyib:
"Ümid edirəm ki, Rusiya bu müharibəni dayandırıb tərəfləri Minsk qrupunun həmsədri olan Rusiyanın himayəsi altında danışıqlar masasına oturda biləcək”