21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Günahkar axtarmağın vaxtı deyil” - Kreml "danışdı"

28.09.2020

"Kreml hesab edir ki, indi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsində kimin haqlı olduğunu və kimin günahkar olduğunu anlamaq vaxtı deyil və hərbi əməliyyatları dayandırmaq vacibdir”.

Bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, nizamlanmada vasitəçi rolunu yerinə yetirir və bu cür mövqe müxtəlif səviyyələrdə vurğulanıb. İndi  kimin haqlı, kimin haqsız olduğunu anlamaq yox, hər şeydən əvvəl düşmənçiliyi dayandırmaq çox vacibdir. Rusiya həmişə bu məsələdə balanslı mövqe tutub. Məhz bu mövqe Rusiyaya bu münaqişəni həll etmək üçün təsirini və hər iki ölkə ilə ənənəvi olan yaxşı münasibətlərini istifadə etmək imkanı verir”,- deyə Peskov qeyd edib.

Kreml rəsmisi bildirib ki, Moskva Dağlıq Qarabağdakı hərbi əməliyyatların dərhal dayandırılmasına və prosesi siyasi və diplomatik müstəviyə köçürməyə çağırır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ zonasında təmas xəttindəki vəziyyət Rusiya və digər ölkələr üçün ciddi narahatlığa səbəb olub.