Rusiya XİN daha bir açıqlama yaydı
28.09.2020
"Rusiya hər kəsi Qarabağdakı münaqişə ilə bağlı istifadə etdiyi ritorikada diqqətli olmağa çağırır”.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko açıqlama verib.
"Xarici və daxili bütün iştirakçıları istifadə etdikləri ritorika da daxil olmaqla maksimum təmkin göstərməyə çağırırıq. İndi dərhal atəşkəsə nail olmaq və danışıqlar masasına qayıtmaq üçün mümkün qədər diqqətli və ehtiyatlı olmaq vacibdir”,- deyə Rudenko qeyd edib.