Prezidentin köməkçisi: "Bu, böyük vətən müharibəsidir"
28.09.2020
"Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir".
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Bu böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan olunub. Beynəlxalq hüquqdan istifadə edirik. Amma bunun əksini Ermənistan Silahlı qüvvələrində müşahidə edirik.
Ermənistanın bu günə qədər yürütdüyü siyasət danışıqlar prosesinin məhvinə gətirib çıxarıb. Bu, Azərbaycana qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir".