ABŞ-dan Qarabağ bəyanatı: Gərginlik...
28.09.2020
Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda dərhal atəşkəsə çağırırıq.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.
ABŞ Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsindən narahatdır, tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmağa çağırır. Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsində üçüncü ölkələrin iştirakı bölgədəki gərginliyi artıracaq. Biz İrəvanı və Bakını ciddi ritorikadan və Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən imtina etməyə çağırırıq”, - məlumatda qeyd edilib.