Məşhur aktyor Amerikaya TIR-la gedir
25.06.2018
Yay mövsümü ilə əlaqədar türkiyəli məşhurlar bir-bir istirahətə yola düşür. Kreativ səyahət qərarı ilə Türkiyə mediasının gündəminə çevrilən məşhurlardan biri də "Çocuklar Duymasın" serialının baş qəhrəmanı olub.
"Dövran Media" xəbər verir ki, serialın baş qəhrəmanı Tamer Karadağlı tətil üçün Amerikanı seçib. Daha maraqlısı isə aktyor səyahətə arxasında yatağı və hamamı olan TIR ilə yollanıb.
Gənc vaxtlarından motosiklet heyranı olan məşhur aktyor bu dəfə tətili böyük TIR -da keçirəcək:
"Qızım Zeynəblə maraqlı tətil planlarımız var. Bu il kirayəyə böyük TIR götürmüşük. Fikirləşirik ki, Floridanı kəşf edək. TIR-da yataq otağından hamamına qədər hər cür şərait var".