03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədən iddialara cavab: Bu cəhdlər qəbuledilməzdir!

26.09.2020

Aralıq dənizinin şərq hissəsində təxribatçı ölkə Türkiyə deyil.

Bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç "Voll Strit Jurnal” nəşrinin iddialarına cavab olaraq deyib.

"Əksinə Türkiyə beynəlxalq hüquq normaları çərçivəsində haqlarını qoruyan və bu haqqı görməməzlikdən gəlmək istəyənlərə qarşı davamlı olaraq mübarizə aparan bir ölkədir. Bu çərçivədə Yunanıstan və Kipr rəhbərliyinin Şərqi Aralıqdakı birtərəfli addımları və maksimalist iddiaları da nəzərə alınmalıdır. Eksklüziv iqtisadi zona elanları, qazıntı aparmaq üçün lisenziyalar, bölgədəki enerji mənbələrini qəsb etmək təşəbbüsləri, Türkiyənin haqlarını mənimsəmə cəhdləri gərginliyə səbəb oldu. Aralıq dənizində ən uzun sahil xətti olan Türkiyəni bölgədən uzaqlaşdırmaq ideyası səhv və qəbuledilməzdir”, - səfir bildirib.

Qeyd edək ki, "Voll Strit Jurnal” nəşrində "Aralıq dənizindəki gərginlik: İki NATO müttəfiqi dəniz mübahisəsinə görə müharibə edə bilər” başlıqlı məqalə yazılıb.