Zallar açıla bilər - Professor
25.09.2020
İdman zallarının açılması üçün bir əngəl görmürəm.
Bunu açıqlamasında professor Adil Qeybulla Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun fitnes zallarının açılması ilə bağlı təklifini şərh edərkən deyib.
Adil Qeybulla bildirib ki, zalın sahəsindən asılı olaraq, orada 5 və ya daha çox insan məşq edə bilər:
"Karantin qaydalarına riayət edib normal ventilyasiyanı təmin etməklə fitnes zallarının açılması mümkündür. İdmandan sonra gigiyenik prosedur olaraq insanlar duş qəbul edir, o baxımdan da idman zallarının açılması məqsədə uyğundur. Nəzərə alsaq ki, koronavirusla yanaşı soyuqdəymə ilə bağlı digər mövsümi xəstəliklər gəlir, onlarla mübarizədə fiziki aktivliyin rolu mühümdür. Bu baxımdan idman zallarının açılmasının nəticəsi yaxşı ola bilər”.