Şagirdlər məktəbin içində koronavirusa yoluxub? - RƏSMİ
25.09.2020
"Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb".
Bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur: "İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır.
Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatçılığa heç bir əsas yoxdur. Bu, ümumi epidemiloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçirilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".
Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.