Tramp Baydenə məğlubiyyəti qəbul edəcək? - Makinani
25.09.2020
Prezident azad və ədalətli bir seçkinin nəticəsini qəbul edəcək.
Bu sözləri Ağ Ev sözçüsü Keyli Makinani deyib. O bildirib ki, ölkə lideri xalqın iradəsinə hörmət edəcək.
Makinani qarşı tərəfin (Co Baydenin təmsil etdiyi Demokratlar Partiyasının) nəticələri qəbul edib-etməyəcəklərinin mübahisəli olduğunu söyləyib.
Qeyd edək ki, amerikalı siyasətçi Hillari Klinton Baydenin seçkidə məğlub olacağı təqdirdə nəticələri qəbul etməməli olduğunu bildirib.