Koreya əsgərləri nazirliyin əməkdaşını YANDIRDI
24.09.2020
Şimali Koreya əsgərləri Cənubi Koreyanın Okean və Balıqçılıq Nazirliyinin əməkdaşını vurub.
Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimali Koreya əsgərləri tərəfindən Cənubi Koreyanın Okean və Balıqçılıq Nazirliyinin əməkdaşı vurulub, cəsədi də yandırılıb. Bu, çox qəddarca bir hərəkətdir. Bu cinayəti törədənlərin dərhal cəzalandırılmasını tələb edirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, Pxenyandan Cənubi Koreyanın ittihamlarına hələlik cavab verilməyib.