18:21:15 07 04 2025-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Daha 224 ailə güzəştli mənzilə sahib olub

24.09.2020


Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində bu il iyunun 30-da və iyulun 3-də "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan  bildirilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə ediblər.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.