Ermənistan idarəolunmaz böhrana girdi - Crbaşyan
24.09.2020
Ermənistanda ümumi daxili məhsul (ÜDM) cari ilin 6 ayı ərzində 5,71 faiz azalıb. Azalma Ermənistan iqtisadiyyatının bütün sahələrini əhatə edib.
Bunu iqtisadçı ekspert Tiqran Crbaşyan deyib.
Ekspert bildirib ki, ölkənin xərcləri də ilk altı ay ərzində 1,5 faiz azalıb:
"Bu da çox pis göstəricidir. Pandemiya inkişaf etməkdə olan yüngül sənaye sektorunu iflic edib. 5,71 faizlik azalma isə ölkə iqtisadiyyatı üçün həyəcan təbilidir. Keçən il 3,2 faizlik eniş vardı. Biz bunu faciə adlandırmışdıq. İndi ölkə iqtisadiyyatının durumu idarəolunmaz böhran həddinə çatıb”.