Si Szinpini təlxək adlandırdı, 18 il cəza aldı
22.09.2020
Çinin "Huayuan Real Estate Grouр” dövlət tikinti şirkətinin keçmiş rəhbəri Jen Çjiçyan korrupsiyada ittiham edilərək, 18 il həbsə məhkum edilib.
Bu məlumatı "Nyu York Tayms” yayıb. Məhkəmə onu 19 milyon dollar dəyərində iqtisadi cinayətkarlıqda günahkar bilib.
Qeyd edək ki, Çjiçyan 2020-ci ilin martında Çin lideri Si Szinpini "təlxək” adlandırdığı essesinin dərc edilməsindən sonra yoxa çıxmışdı. Apreldə isə Çin hakimiyyəti Çjiçyanın korrupsiyada ittiham edildiyini açıqladı.