Paşinyan BMT-də “güc tətbiqi”ndən nələr dedi?
22.09.2020
Azərbaycan torpaqlarının 20 faizini 3-cü qüvvələrin yardımı ilə işğal edən, işğalda saxladığı ərazilərdə etnik təmizləmə aparan və 800 min azərbaycanlını yurdundan qovan Ermənistanın baş naziri "güc tətbiqindən” narahatmış.
Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı "BMT-nin dəyərlər sistemində güc tətbiqinin qadağan olunduğu”nu bildirib.
Paşinyan, həmçinin BMT-nin ölkələrin ərazi bütövlüyünü prioritet seçməsindən "narahatlığını” da dolayı yolla ifadə edib və "xalqların öz müqəddəratını təyini haqqından vaz keçilməməlidir” deyə bildirib.