Müxalifət Paşinyana qarşı toplanır
22.09.2020
Ermənistanın üç müxalif partiyası – Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyaları oktyabrın 8-də İrəvandakı Azadlıq meydanında etiraz aksiyası keçirəcəklər.
Bu barədə məlumat üç partiyanın ortaq bəyanatında yer alıb.
"Son iki ildə ictimaiyyətin gözləntiləri özünü doğrultmadı. Hakimiyyət hər yerdə uğursuzluğa düçar oldu. Ölkənin inkişafı təhdid altında qalıb. Hakim siyasi qüvvə çağırışlara müqavimət göstərmək qabiliyyətində olmadığını sübuta yetirdi”, - bəyanatda bildirilib.