Putin Belarusa görə qorxur... - Marpls
21.09.2020
Rusiya Prezidenti Vladimir Putin Lukaşenkoya zorla dözür və onun prezident olmasını istəmir.
Bunu kanadalı professor, Belarus, Rusiya və Ukrayna üzrə mütəxəssis Devid Marpls deyib. Onun sözlərinə görə, Putin Belarus liderinin mümkün varislərinə ehtiyatla yanaşdığı üçün hələlik konflikt tərəflərindən hansını müdafiə etdiyini müəyyənləşdirməyib:
"Putin ilk növbədə Lukaşenkonun yerinə hansısa qərbyönlü şəxsin gələcəyindən qorxur. Əgər Rusiya liderinin Avropa ilə daha yaxşı münasibətləri olsaydı, hər şey başqa cür olardı”.