Kamrandan “Space”lə bağlı ŞOK - “Tapşırıq verildi ki, Qarabağdan danışmayın”
21.09.2020
"Niyə danışdınız, gələn qonaq bunu nə üçün dedi?! Eldar Namazov və Etibar Babayevin vaxtında bir dəfə də olsun belə suallar verilməyib. Hər ikisi sağdır. Allah onlara cansağlığı versin”.
Bu sözləri tanınmış şoumen Kamran Həsənli Murad Arifin "Popumuz var” verilişində deyib. O "Space” telekanalının hazırkı vəziyyətindən söz açaraq, rəhbərliyi sərt tənqid edib:
"Vaqif Mustafayev isə əksinə, deyir, bu, belə olacaq. Belə edəcəksiniz. Bu gün gördüyünüz televiziya onun düşüncəsidir. Mən həmişə sözügedən kanala qayıdıb, yenidən getmişəm. Mən sosial şəbəkəyə gəlməməli idim, mən televiziya aparıcısıyam, uğuru orada qazanmışam.
Oranı dəyişməyə çox çalışdım. Millət vəkili Aqil Abbas mənə zəng etdi, dedi ki, əla verilişdi, 3 həftə keçsin, onu bağlayacaqlar. Üstündən üç həftə keçdi, veriliş bağlandı. Səhər tezdən 9-da verilişim başlayırdı. Millət vəkili Qənirə Paşayevadan tutmuş, xalq artisti Brilyant Dadaşovaya kimi hamısı baxırdı. Dekorasiyanı belə öz cibimdən düzəltdirmişdim.
İnsanlar gəlirdi, üç saat orada otururdu, üstündən bir az keçdi, dedilər, belə olmaz. Adam dedi ki, orada rəqs etmək lazımdır, orada mütləq cazdan, Qarabağdan danışmayın, intellektdən danışmayın”.
Aparıcının "cazdan niyə danışmayın?" sualına isə K.Həsənli belə cavab verib: "Cazla bağlı bir verilişdən sonra bizdə savaş oldu. Vaqif Mustafazadənin ad günü idi, çox gözəl bir veriliş oldu. Savaş çıxdı, savaş...
Mən burada iclasda nələr olduğunu danışmaq istəmirəm. Çünki onları desəm, çox pis olar. Vaqif Mustafazadə haqqında elə sözlər demişdi ki... Vaqif Mustafayevin caza nifrəti var. Başa düşürsünüz, çox qəribə şeydir. Olmazın arxasında hazırda indiki, gördüyünüz verilişlər dayanır. Elə verilişlərin yerinə hind filmləri verir”.