21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Müharibəyə ciddi hazırlıq gedir - Deputat

21.09.2020

Artıq Dağlıq Qarabağ münaqişəsində siyasətin və diplomatiyanın "dur!” məqamıdır. İndi Ordumuzun, əsgərimizin fəaliyyətinin məqamı gəlib çatıb. Burada da bütün məsuliyyət işğalçının üzərindədir. Eyni zamanda, bu məsuliyyət öz mandatlarından düzgün istifadə etməyən beynəlxalq qurumların, xüsusən də ATƏT-in üzərinə düşür.

Bu sözləri açıqlamasında deputat Elman Məmmədov Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsini şərh edərkən deyib. Millət vəkili bildirib ki, Azərbaycanı müharibəyə məcbur və təhrik edirlər:

"İşğal etdikləri ərazilərimizlə qane olmayan düşmən bir neçə aydır ki, ciddi şəkildə müharibəyə hazırlaşır. Bu hazırlıqlara dinc əhali adı ilə Livandan və başqa yerlərdən köçürdükləri muzdlu döyüşçülər də cəlb edilib”.

Millət vəkilinin sözlərinə görə, işğal olunmuş Azərbaycan ərazilərinə müxtəlif terror təşkilatlarının üzvləri, peşəkar terrorçular köçürülür:

"Guya onlar Qarabağa ailələr yerləşdirirlər. Halbuki köçürülənlərin əksəriyyəti muzdlu terrorçular və qatillərdir. Yəni, müharibəyə onlar tərəfindən hərtərəfli hazırlıq gedir. Rusiya da son aylar Ermənistana yüz tonlarla hərbi sursat daşıyıb. Bunların hamısı Ermənistanın yeni müharibəyə hazırlaşmasının işarələridir. Təbii ki, Ermənistan burada tək deyil. Onu təlimatlandırıb istiqamətləndirən, yönəldən, "qorxma” deyən xarici qüvvələr var”.

Elman Məmmədov Prezidentin çıxışından yol alaraq bildirib ki, biz ətrafımızda baş verənləri gözəl bilirik və buna müvafiq tədbirlər görürük:

"Yəni, daxildə və xaricdə vəziyyətlə bağlı nə baş verirsə, onun hamısından xəbərdarıq. Burada xüsusi xidmət orqanlarımızın işini də canab Prezident çox yüksək qiymətləndirdi. Biz təkcə müdafiəmiz üçün yox, eyni zamanda, əks-hücumla düşməni darmadağın edib torpaqlarımızdan birdəfəlik süpürüb atmaq, ərazi bütövlüyümüzü təmin etməliyik. Gedişat və şərait bizə bunu diktə edir”.