21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistana Azərbaycandan son XƏBƏRDARLIQ - VİDEO

21.09.2020

Ermənistan odla oynayır. Təcavüzkar ölkənin yeni rəhbərliyi danışıqlardan imtina edir və Azərbaycanı yeni müharibəyə sürükləyir. Ölkəmiz və qüdrətli ordumuzun istənilən ssenariyə hazırlıqdır.
Dünən ölkə başçısı yerli teleziya kanalarına verdiyi müsahibədə kəşfiyyat məlumatlarına əsasən ermənilərin yeni planlkarınıə işfa etdi.

Ali Baş Komandan növbədi dəfə Ermənistana xəbərdarlıq etdi. Əgər bu planlarından əl çəkməsələr onlar üçün nəticə çox ağır olacaq.

"Ermənistanın aqressiv dövlətdir və işğalçı dövlət yeni müharibəyə hazırlaşır". Bu sözləri prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli telekanallarına müsahibəsində qeyd etdi.

Ölkə başçısı bildirdi ki, Ermənistanın yeni böyük müharibəyə hazırlaşması ilə bağlı bizdə operativ məlumat var. Amma buna baxmayaraq düşmənin bütün hərəkətləri izlənilir və Tovuz hadisələrində olduğu kimi bütün başqa istiqamətlərdə də Azərbaycan özünü müdafiə edəcək.

Ölkə başçısının bu fikirləri ilə bağlı məsələyə münasibət bildirən hərbi ekspert Abuzər Əbilov deyir ki, heç bir halda Ermənistan Azərbaycanla hədə dili ilə danışa bilməz. Bu hədənin qarşısını hər zaman olduğu kimi Azərbaycan ordusu qətiyyətlə alacaq.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev isə bildirir ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir. Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavabların olduğunu deyən Tural Gəncəliyev Ermənistanın yeni hücum planları üzərində işlədiyi, yeni ərazilər tutmağı hədəflədiyini bildirdi.

Bütün bu planlardan Azərbaycanının xəbərdar olduğunu, təxribata əl atacağı təqdirdə cəzalandırlacağını bildirən dövlət başçısı bir daha açıq-aydın mesaj verdi: "Bəli, artıq seçim Ermənistanın öz əlindədir. Ya sülh yoluyla torpaqlar geri qaytarılacaq, ya da təcavüzkarın gələcək aqibəti ilə hər kəs barışmalı olacaq".