11 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

BMT milyarderlərdən kömək istədi

19.09.2020

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru Devid Bisli milyarderlərə və böyük müəssisələrə müraciət edib.

 BMT rəsmisi 2020-ci il dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

D.Bisli xatırladıb ki, hazırda dünyada 2000-dən çox milyarder var və onların sərvətinin dəyəri səkkiz trilyon dollar təşkil edir.

"Bəziləri pandemiya dövründə milyardlar qazandı. Mən kapitalın böyüməsinə qarşı deyiləm, amma bəşəriyyət hazırda böyük böhranla qarşılaşıb”, - deyə BMT rəsmisi vurğulayıb.