Türkiyədə 4.5 bal gücündə zəlzələ baş verib
18.09.2020
Türkiyənin Malatya vilayətinin Hekimhan rayonunda Rixter cədvəli üzrə 4.5 bal gücündə zəlzələ baş verib.
Məlumatı Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, Türkiyə vaxtı ilə 9.54-də qeydə alınan yeraltı təkan ətraf bölgələrdə də hiss olunub. Hələlik zəlzələnin təsiri barədə dəqiq məlumat yoxdur.