21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fatih Terim: "Azərbaycandan qardaşcasına ayrılırıq"

17.09.2020

"Oyuna nəzarət bizdə idi, ilk hissədə yaxşı başladıq. Qol epizodları yaratdıq və futbolçular yararlandı. Futbolçulardan razıyam, yaxşı mübarizə apardılar.

Qol buraxdıq, amma növbəti mərhələyə yüksələ bildik. Futbolçuların mübarizəsindən razıyam".
Bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, heç vaxt mətbuatın dediyi "11-lik" meydanda olmur: "Bəzi oyunçuların oynamasına ehtiyac var idi. 6-7 oyunçu istirahət etmiş oldu. Bunu etməyə məcburuq.

Bu gün düzgün işlər gördük, futbolçuların nə qədər hazır olduqlarına da baxdıq. Heç kim zədələnmədi, buna şükür olsun".

Təcrübəli baş məşqçi rəqib haqqında bunları deyib: "Rəqib yaxşı komandadır. Mübarizə apara bilirlər. Onlara uğurlar arzulayıram. Bu gün onlardan daha yaxşı oynadıq.

"Neftçi"ni məğlub etməyimiz sürpriz deyil. Qələbə qazana bilməsək, sürpriz olardı. Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq. Hər kəsə təşəkkür edirəm. Onlar bizim qardaşımızdır.

Bu gün baş məşqçi olaraq 500-cü matçıma çıxdım. Bunu sözlə izah edə bilmərəm. Nə yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokubokda 100-cü qələbədir. Bunlar asan əldə edilmir".

İkinci hissənin əvvəlində buraxdığımız qol bizi yuxudan oyandırdı.

Terim bu gün öz komandasına kökləndiyi üçün "Neftçi"nin oyunçularını təhlil etmədiyini və kimin daha yaxşı oynadığını söyləyə bilməyəcəyini vurğulayıb.

"Jesseni "Neftçi"ni bəyənməyib, biz bəyəndik. Gənclər üçün tez qərar vermək lazım deyil. Özlərini yaxşı tərəfdən göstərə bilərlər.

Baş məşqçi III təsnifat mərhələsində qarşılaşacaqları Xorvatiya "Hayduk"u ilə matç barədə bunları deyib: "Növbəti mərhələyə yüksələcəyimizə inanıram. Əsas məqsəd qrup mərhələsində iştirak etməkdir".