Milyarderə dəbdəbəli yaşamaq qadağan edilib
17.09.2020
Məhkəmə "HNA Group” kompaniyasının rəhbəri, çinli milyarder Çen Fenin dəbdəbəyə pul xərcləməsini qadağan edib.
DM "South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, məhkəmə bu addımı kompaniyanın borcları səbəbindən atıb.
Sahibkara bundan sonra gündəlik həyatda və işdə vacib olmayan əşyaları almağa icazə verilməyəcək. Ona təyyarədə uçmaq və sürət qatarından istifadə etmək də qadağan olunub. Çen Fen, eyni zamanda, daşınmaz əmlak ala, bahalı təmir edə, dəbdəbəli otelə yerləşə, klublara gedə və bahalı ofisləri icarəyə götürə bilməz.