“Neftçi” və “Qalatasaray” klub rəhbərlikləri görüşüblər
17.09.2020
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də üz-üzə gələcək "Neftçi” və "Qalatasaray” klublarının rəhbərlikləri arasında görüş olub.
DM "Neftçi” klubunun "Facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, görüşdən sonra hər iki klubun rəhbərliyi bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarına əsasən stadiona azarkeşlər buraxılmayacaq.