5:08:39 09 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

15.09.2020


Daxili İşlər Nazirliyi (DİN), AFFA və "Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu ilə əlaqədar ictimaiyyətə müraciət edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hər iki komandanın ölkəmizdə çoxlu sayda tərəfdarının olması nəzərə alınaraq COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Diqqətə çatdırılıb ki, "Qalatasaray” komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi” klubu koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək "CBC Sport” televiziya kanalına göndərə bilər. Həmin videomesajlar "CBC Sport”da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən digər oyunlar kimi, "Neftçi”-"Qalatasaray” oyununa da azarkeşlər buraxılmayacaq.