Türkiyə Misirə başa salmalıdır: Qahirə itki verir
15.09.2020
Türkiyə ilə Misir arasında anlaşmanın imzalanması çox vacibdir.
Bunu türkiyəli kontr-admiral Cihad Yaycı ölkə mətbuatına açıqlamasında deyib.
"Biz Misir cəmiyyətinə başa salmalıyıq ki, yunanlarla imzalanan anlaşmalar sizin maraqlarınıza ziddir. Türkiyə Misirin bu anlaşmaları yenidən gözdən keçirməsini təmin etməyə çalışmalıdır. Yunanıstan 2009-cu ildə Albaniya ilə eksklüziv iqtisadi zona haqqında anlaşma imzalamışdı. Afina adalara tam nəzarət etməyi Albaniya hökumətinə qəbul etdirmişdi. Ancaq Türkiyə Albaniyaya nə qədər böyük itki ilə üzləşdiyini başa saldıqdan sonra anlaşma hökumət tərəfindən ləğv olundu. Bu kontekstdə vəziyyət Misirə hərtərəfli izah edilərsə, anlaşmanın onların maraqlarına zidd olduğu sübut olunarsa, razılaşmanın ləğvi üçün maneə qalmayacağını düşünürəm”, - C.Yaycı bildirib.