Çindən vaksin MÜJDƏSİ
15.09.2020
Çinli rəsmilərdən biri peyvəndin kliniki sınaqlarının uğurla davam etdiyini, noyabr-dekabr aylarında kütləvi istifadəyə verilə biləcəyini deyib. Xəstəliyə Nəzarət və Qarşısını alma Mərkəzinin (CDC) baş biotəhlükəsizlik mütəxəssisi Guizhen Vu aprel ayında sınaq peyvəndi vurulduğunu, aylar ərzində heç bir əks təsir müşahidə etmədiklərini deyib.
Çinin son sınaq mərhələsində olan dörd COVİD-19 peyvəndi var.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində qeydə alınıb. Daha sonra virus sürətlə dünyaya yayılıb. Son məlumata görə, 24 milyona yaxın insan yoluxub, 900 mindən artıq insan ölüb. ÜST mart ayında pandemiya elan edib. Dünyanın bütün ölkələri karantin rejiminə keçib, təhsil ocaqları, sərhədlər bağlanıb, minlərlə iş yerinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Pandemiya elan edildikdən sonra onlarla ölkə peyvənd üzərində işə başlayıb. Artıq Rusiya virusa qarşı vaksinin hazır olduğunu elan edib.