Avtobus aşıb, çox sayda yaralı var
14.09.2020
Şəhərlərarası sərnişin avtobusu İstanbulun Pendik səmtində qəzaya uğrayıb. Qəzada 1-i ağır olmaqla 11 sərnişin yaralanıb.
Qəza səhər saat 06.00 radələrində D-100 Karayolu Esenyalı sahəsində baş verib. İstanbul-Çorum reysində 31 sərnişinin yer aldığı avtobus baryerləri qırdıqdan sonra yan tərəfə aşıb. Hadisə yerinə çox sayda xilasetmə, polis və təcili yardım gəlib. Onlardan biri ağır 11 yaralanıb və təcili yardımlarla ətrafdakı xəstəxanalara köçürülüb.