"Neftçi" – "Qalatasaray" oyununun keçiriləcəyi stadion NƏDƏN dəyişdirilib?
11.09.2020
Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyununun yeri dəyişdirilib.
"Bakcell Arena”da keçirilməli olan matç Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.
Bununla bağlı hər iki klubun razılığı ilə UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.
Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.