Müəllimlər maskadan və üz sipərindən də istifadə etməlidirlər
11.09.2020
"Təhsilalanların maska taxması onların valideynlərinin istəyindən asılı olacaq".
Bunu Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, digər məktəbə daxil olanlar, müəllimlər, məktəb heyəti mütləq maskadan istifadə etməlidir: "Müəllimlər dərs vaxtı maskadan əlavə, üz sipərindən də istifadə edəcək, onlara üz sipəri veriləcək".