"İstəmədiyiniz ali məktəbi yazıb, kiminsə yerini tutmayın"
11.09.2020
"İstəmədiyiniz ali məktəbi yazıb, kiminsə yerini tutmayın. Ətrafda olanları da fikirləşin, bu, sizə lazım deyilsə, yazmayın".
Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Facebook”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, az bal toplayanlar 11 illik bazadan kollecləri seçə bilərlər: "Ali məktəblərə ixtisas seçimi bitəndən sonra orta ixtisas təhsili müəssisələrinə də ixtisas seçimi başlayacaq”.