21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putin Serbiya prezidentindən üzr istəyib!

11.09.2020


Rusiya Prezidenti Vladimir Putin serbiyalı həmkarı Aleksandr Vuçiçdən üzr istəyib.

Buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Facebook səhifəsindəki paylaşımı olub.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovanın Baş naziri Avdulla Xoti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar. Serbiya mətbuatında Aleksandr Vuçiçin Trampla görüşü zamanı ABŞ prezidentinin masasından aralı məsafədə yerləşən stulda əyləşməsinin görüntüsü yayılıb. Həmin fotonu Rusiya XİN rəsmisi Mariya Zaxarova Facebook səhifəsində yerləşdirərək şərh edib. O, şərhində Vuçiçi məşhur "Əsas instinkt ” filmində baş rolun ifaçısı Şeron Stounla müqayisə edib və aktrisanın polisdə ifadə verdiyi zaman fotosunu yerləşdirib: "Əgər sizi Ağ Evə çağırıb, stulu sorğu-suala tutulmuş kimi qoyurlarsa, o zaman ikinci şəkildəki (yəni, Şeron Stounun oturduğu kimi, ayaq ayağın üstündə - red. F.Ə) kimi oturun.

Serbiya tərəfi Zaxarovanın məlum statusunu qınayan bəyanat yayıb. Aleksandr Vuçiç də Zaxarovanın məlum statusuna münasibət bildirib. Serbiya prezidenti Mariya Zaxarovanın məlum fikirlərinin onun məhz özünə aid olduğunu bildirib və bunu primitivlik və ədəbsizlik adlandırıb. Məlum məsələ ilə bağlı Rusiyanın Belqraddakı səfiri Serbiya XIN-ə çağırılıb.

Rusiya XIN başçısı da Serbiya prezidentindən Zaxarovanın məlum paylaşımına görə üzr istəyib .

«Prezident Putin heç vaxt heç nəyə görə məndən üzr istəməyib, Sergey Lavrov da həmçinin. Lakin Zaxarovanın paylaşımına görə, hər ikisi üzr istəyib», — deyə RIA Novosti Vuçiçdən sitat gətirib.

Putinin üzr istəməsi ilə bağlı məlumatı Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib.