21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şübhəli sərnişin təyyarədən endirilib

11.09.2020


Sentyabrın 11-də Yaponiyanın "Jetstar Japan” aviaşirkətinə məxsus təyyarənin sərnişini partladıcı qurğuya malik olduğunu bildirdikdən sonra laynerdən endirilib.

Bu barədə cümə günü Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarına təhvil verilən sərnişində partladıcı qurğu aşkar edilməyib.

"Jetstar Japan” şirkətinə məxsus təyyarənin Tokiodan Okinava prefekturasındakı Naha şəhərinə uçuşa hazırlaşdığı qeyd edilir. Göyərtədə ümumilikdə 140 nəfər olub. Göyərtə bələdçiləri yoxlama zamanı qəza çıxışının qarşısında oturan iki kişidən əl yüklərini baqaj rəfinə yerləşdirməyi xahiş ediblər. Həmin an onlardan biri bildirib ki, onun çantasında partladıcı qurğu var. Həmin sərnişin axtarış və sorğu-sual üçün təyyarədən endirilib.

Hadisə nəticəsində təyyarənin uçuşunun bir neçə saat gecikdiyi də bildirilir.