Əlində balta Anadolu agentliyinə daxil olmaq istədi, saxlanıldı +VİDEO
10.09.2020
Türkiyənin Anadolu agentliyinin əsas binasına daxil olmaq istəyən şəxs mühafizə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində saxlanılaraq polisə təhvil verilib.
Anadolu agentliyi xəbər verir ki, 35 yaşlı Emre Öz agentliyin binasına daxil olmaq istəyərkən əlində balta olub. Saxlanılan şəxs sağlamlıq müayinəsindən keçiriləndən sonra istintaqa cəlb edilib. Hələlik hücum cəhdi kimi dəyərləndirilən insidentin dəqiq səbəbi bəlli deyil.