ABŞ: Moskvaya icazə verməklə səhv elədik
10.09.2020
ABŞ Rusiyanın Liviyadakı mövcudluğundan narahatdır.
Bunu ABŞ Dövlət katibinin köməkçisi Devid Şenker deyib.
O bildirib ki, Rusiyanın bununla kifayətlənəcəyini gözləyərək Suriyaya girməsinə icazə vermək böyük səhv idi:
"Düşünürəm ki, Rusiyanın Suriya münaqişəsinə daxil olması onları daha da cəsarətləndirdi. İndi də Liviya kimi ölkələrə müdaxilə etməsi ABŞ-ı çox narahat edir. Bunun Liviya və ya Avropanın maraqlarına qarşı olduğunu düşünürük”.