21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Sulutəpə dairəsi”ndə müasir yol qovşağı tikilir

09.09.2020


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri və şəhər ətrafı ərazilərdə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri görülüb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, aparılan işlərin davamı olaraq hazırda "Sulutəpə dairəsi”ndə tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşasına başlanılıb.

Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da, sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası işləri aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur.