Əfqanıstan vitse-prezidentinə SUİ-QƏSD
09.09.2020
Əfqanıstanın birinci vitse-prezidenti Əmrulla Salehin avtombil kortejinin yaxınlığında partlayış baş verib.
Hadisə nəticəsində Əmrulla Saleh xəsarət almasa da, ətrafda olan iki nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Yaralılar arasında Əmrulla Salehin mühafizəçilərinin də olduğu bildirilib.
Vitse-prezidentin mətbuat xidmətindən verilən məlumata görə, partlayış Kabilin Taimani meydanında baş verib.